Ərdoğan və Putin birlikdə “Türk axını”nın açılışını edəcək

  • Space TV
  • 30 Noyabr 2019 10:11

“Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin yanvarın əvvəlində birlikdə “Türk axını” boru kəmərinin açılışını etməyi planlaşdırır”.

SPACE TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verilib.

Peskovun sözlərinə görə, liderlər yanvarın əvvəlində açılış edilməsi ilə bağlı yaxın günlərdə baş vermiş telefon söhbətində razılaşıblar.

Paylaş

 Xəbəriniz olsun