Ərdoğan Türkiyə və Azərbaycan arasındakı sazişi təsdiqlədi

  • Space TV
  • 11 Fevral 2021 14:05

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” saziş təsdiqlənib. 

Bununla bağlı “Resmi Gazete” məlumat yayıb. 

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sazişin təsdiqlənməsi ilə bağlı qanunu imzalayıb. 

Qeyd edək ki, bu saziş 2018-ci il 25 aprel tarixində Ankara şəhərində imzalanıb.

Paylaş

 Xəbəriniz olsun