Ərdoğan Trampın göndərdiyi məktubu zibil qutusuna atıb

  • SpaceTV
  • 17 Oktyabr 2019 13:37

“Barış Pınarı” hərəkatı uğurlu şəkildə davam edərkən hərəkatın 9-cu günündə ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı iddia edilən bir məktub sızdırılıb.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, Trampın Suriyanın şimalını işğal edən PKK/YPG-li terrorçular üçün vasitəçilik təklifinin yer aldığı məktubu Rəcəb Tayyib Ərdoğan zibil qutusuna atıb.

Ahmet Hakan məktubla bağlı sosial media hesabında belə qeyd edib:

“Məktub məsələsi ilə bağlı yüksək vəzifəli bir dövlət məmuru ilə görüşdüm, söylədiklərini eynilə çatdırıram. Məktub 9 oktyabrda yazılıb. Ərdoğan tərəfindən vasitəçilik rədd edilərək zibil qutusuna atılıb. Bu məktuba verilmiş ən yaxşı cavab “Barış Pınarı” hərəkatıdır”.

Paylaş

 Xəbəriniz olsun