Ərdoğan: Terrorçuların sonuna qədər gedəcəyik

  • SpaceTV
  • 26 Avqust 2019 15:40

“Daxildə və xaricdə terrorçuların sonuna qədər getməkdə davam edəcəyik”.

Space TV Türk KİV-nə istinadən xəbər verir ki, bu sözləri bu gün Malazgirt Zəfərinin 948-ci ildönümü münasibəti ilə keçirilən böyük tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti Suriyada terrorçularla aparılan mübarizədən danışıb:

“Suriya ilə sərhədlərimizi terrorçulardan təmizləmək barədə verdiyimiz qərarı ümid edirəm ki, kimsə sınamağa çalışmayacaq. Suriyada “təhlükəsiz bölgə” yaratmaqda yavaş-yavaş irəliləyirik. Hər mövzuda əvvəlcə diplomatiyanı üstün tuturuq. Nəticə alsaq, nə gözəl. Yox, əgər bizi oyalamağa çalışarlarsa, bütün hazırlıqlarımız tamamdır. Planlarımızı həyata keçirərik. Çox yaxın zamanda quru qoşunlarımızın da əraziyə girməsi gözlənilir.”

Paylaş

 Xəbəriniz olsun