Ərdoğan Putinin dəvətini qəbul etmədi

  • SpaceTV
  • 1 Oktyabr 2019 16:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Enerji Həftəsində iştirak etməyəcək.

SPACE TV xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Düşünürəm ki, yüksək səviyyəli qonaqların iştirakı gözlənilmir. Bildiyimə görə, ölkələr nazirlik səviyyəsində təmsil olunacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarını 2-5 oktyabr tarixlərində Moskvada keçiriləcək Rusiya Enerji Həftəsində iştiraka dəvət edib.

Rusiya lideri, həmçinin, forum zamanı Rusiya Federasiyasının “Türk Axını” qaz boru kəməri layihəsi ilə bağlı fikirlərini paylaşacağını bildirmişdi. 

Paylaş

 Xəbəriniz olsun