Ərdoğan-Putin görüşü bu tarixdə olacaq

  • Space TV
  • 2 Mart 2020 14:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Rusiya səfər etməyi planlaşdırır.

SPACE TV Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib. Görüşdə tərəflər arasında Suriyanın İdlib bölgəsindəki vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, İdlibdə rejim qüvvələrinin hücumu nəticəsində 34 türk əsgəri şəhid olmuş, Türkiyə tərəfi dünən bölgədə “Bahar qalxanı” hərəkatını başlatdığını açıqlamışdı.

Paylaş

 Xəbəriniz olsun