Ərdoğan Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub

  • SpaceTV
  • 7 Dekabr 2019 10:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək üçün dəvət alıb.

SPACE TV bildirir ki, “İzvestiya” qəzetinin məlumatına əsasən, dəvət məktubunu Rusiyanın Türkiyədəki səfirliyi təqdim edib.

“Türkiyə Prezidentinə ünvanlanan dəvətnamə müəyyən edilmiş qaydada təhvil verilib. Cavabı gözləyirik”, – səfirlikdən bildirilib.

Qarşı tərəf xəbərə hələ münasibət bildirməyib.

Paylaş

 Xəbəriniz olsun