Ərdoğan Kılıcdaroğlunu məhkəməyə verdi

  • Space TV
  • 11 Yanvar 2021 17:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluna qarşı məhkəmə iddiası qaldırıb. 

“Haber Global”ın məlumatına görə, Ərdoğanın partiya sədri ilə bağlı məhkəməyə müraciət etməsi sonuncunun öz çıxışında dövlət başçısının ünvanına “prezident adlandırılan” ifadəsini işlətməsi olub.  

Məhkəmə iddiasında Kılıcdaroğlunun bir milyon Türkiyə lirəsi məbləğində cərimələnməsi tələb edilir.

Paylaş

 Xəbəriniz olsun