Ərdoğan ciddi danışıqlar zamanı da hobbisini unutmadı

  • SpaceTV
  • 21 Yanvar 2020 12:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlinə keçirilən Liviya konfransdan əvvəl Türkiyə Super Liqasının “Qalatasaray” – “Dənizlispor” oynunu izləyib.  

Onun xidməti avtomobilində oyunu izləməsini “Life” qeydə alıb. 

Qeyd edək ki, Ərdoğanın futbola olan həvəsi çoxdan məlumdur.  

Kiçik yaşlarından “Fənərbaxça”da oynamaq arzusunda olduğunu etiraf edən siyasətçi universitetdə oxuyarkən idman bacarığını göstərib və 12 il həvəskarlarla meydana çıxıb.  

Ancaq atası futbola qəti şəkildə qarşı olduğu üçün Ərdoğan sonda futboldan imtina edib və siyasətə yönəlib. 

Xatırladaq ki, oyun İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Paylaş

 Xəbəriniz olsun