Ərdoğan Anıtkabiri ziyarət etdi – FOTO

  • Space TV
  • 10 Noyabr 2020 14:11

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 82 il əvvəl, 10 noyabr 1938-ci ildə həyata gözlərini yumub.

57 yaşında vəfat edən Atatürkün nəşi 10 noyabr 1953-cü ildə Anıtkabirə köçürülüb.

Türkiyə Cümhuriyyətinin cəsarətli və unudulmaz lideri Atatürk komandir kimi türk millətinin Qurtuluş savaşını müvəffəqiyyətlə idarə etməklə yanaşı, eyni zamanda, həyata keçirdiyi inqilablarla dahi bir dövlət adamı olaraq tarixə keçib.

Atatürk 57 illik ömrünün çox hissəsində millətinin və vətəninin müstəqilliyi və xoşbəxtliyi üçün yorulmadan mübarizə aparıb və apardığı bütün mübarizələrdə qalib gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi heyətlə birgə anım günü münasibətilə Atatürkün məzarını ziyarət edib və ora çələng qoyub.

Paylaş

 Xəbəriniz olsun