Ərdoğan ABŞ-ı terrorçuların arxasında dayanmaqda ittiham edib

  • Space TV
  • 15 Fevral 2021 15:25

“Qərb bunu anlaya bilərmi? İstəyir anlasın, istəyir anlamasın. ABŞ PKK-nın Türkiyənin 13 vətəndaşını qətlə yetirməsi ilə bağlı açıqlama verib. Gözümüz aydın. Bəs siz terrorçuların yanında deyildiniz, bəs siz PKKnın yanında deyildiniz, bəs siz YPG-nin yanında deyildiniz, bəs siz PYD-nin yanında deyildiniz. Bal kimi yanındasınız, arxasındasınız”.

Spacetv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüflər olsun ki, hər zaman bunu müşahidə etmişik. İraqın şimalına minlərlə TIR tank, ağır hərbi texnika və silah-sursta gətirdilər və onu terrorçulara verdilər. Bizim təhlüksizlik qüvvələriiz həmin terroçurlarla mübarizə aparırlar. İndi artıq məsələdən qaçmaq, ora-bura yozmaq üçün yer yoxdur. Əgər biz sizinlə NATO-da bir yerdəyiksə, dünyada və NATO da bu əməkdaşlığımız davam etdirəcəyiksə, bizə münasibətdə səmimi olmalısınız. Terrorçuların yanında dayanmamlısınız. Əgər hansısa tərəfin yanında dayanmaqdan söhbət gedirsə, bizim yanımızda dayanmalısınız”, – o vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun