Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib. Belə ki, 30 yaşlı Ruhəngiz Mahmudova həyat yoldaşı 38 yaşlı Samir Quliyev tərəfindən bıçaqlanıb. Ruhangiz Mahmudova 14 bıçaq xəsarəti alıb. Daha sonra Samir Quliyev baldızı, 32 yaşlı Roza Mahmudovaya beş bıçaq zərbəsi vurub. O, hadisəni törətdikdən sonra qaçıb. Xəsarət alanlar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Orxan Şükür Space