3 ayın gəlini əri tərəfindən şil-küt edilib. Üzündən, bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan gəlin xəstəxanaya yerləşdilib.
Bir aylıq məhəbbətin sonu az qala faciə ilə bitəcəkdi. Deyəcəksiniz ki, bir aylıq sevgimi olar? Olarmış. Zəkiyyə Əminova onu bu hala qoyan həyat yoldaşını, Abdulla Hacıyevi tanışlığının 1 ayında sevib, razılıq verərək, ailə həyatı qurub. Elə bununla da Zəkiyyənin qara günləri başlayıb. 3 aydır ki, birgə yaşayan cütlüyün bundan əvvəl də problemi olub, amma vəziyyət bu qədər gərginləşməyib. Ən son qanlı dava oktyabrın 2-də baş verib. Nizami rayonunda yaşayan 34 yaşlı Abdulla Hacıyev həyat yoldaşı 24 yaşlı Zəkiyyə Əminovanı Sabunçu rayonu Pirşağı qəsəbəsində döyərək xəstəxanalıq edib. Zəkiyyənin bacısı Gülərlə həmsöhbət olduq. Öyrəndik ki, Zəkiyyə 3 ay olar ailə həyatı qurub. Lakin evləndikdən 1 həftə sonra tərəflər arasında mübahisələr yaranıb. Bundan sonra Zəkiyyə ata evinə üz tutub. Bu 1 həftə ərzində isə o, həyat yoldaşının hərəkətlərindən şoka düşüb. Onun hərəkət və davranışlarındakı pozuntu Zəkiyyənin həyat yoldaşının psixoloji durumunun yerində olmadığı qənaətini yaradıb. Və o, bu haqda Abdullanın yaxın dostlarından soruşub. Elə hər şey də bundan sonra baş verib. Ər həyat yoldaşını onu dostları arasında biabır etməkdə günühlandırıb və onu döyərək ağır xəsarətlər yetirib.
Zəkiyyənın müalicəsi hazırda 3 saylı şəhər xəstəxanasında davam etdirilir.
Hazırda döyülmə faktı ilə bağlı araşdırmalar davam etdirilir. Onu da deyək ki, Zəkiyyəgil ailədə 3 bacıdır. Zəkiyyə ailənin sonuncu övladıdır.
HÜRÜ ƏLİYEVA SPACE TV