Ər arvadını döyərək binadan atdı

  • SpaceTV
  • 9 Oktyabr 2019 12:58

Hadisə Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93”  bina 51 ünvanında qeydə alınıb.

Yaqub Qurbanov  ailə münaqişəsi zəminində həyat yoldaşı Aynurə Abdullayevanı amansızlıqla döyüb.

Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.Qonşularla həmsöhbət olduq. Dedilərki qadın ismətli qadın olub. Kişi isə içki aludəçisi imiş. Hadisənin nə üstündə baş verdiyindən isə elə qonşular da xəbərsizdilər. Yaqub Qurbanov artıq polİs əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. Onu da deyək ki, cütlüyün bu evlilikdən iki övladı var. Böyüyü 1-ci sinifdə oxuyur.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun