Ər arvadını bıçaqlayıb

  • Space TV
  • 25 Avqust 2020 14:07

Xaçmaz sakini Cavid Ağayev həyat yoldaşı Yazbahar Ağayevanı bıçaqlayaraq ona xəsarətlər yetirib. Spacetv.az-ın xəbərinə görə, dərhal hadisə yerinə rayon prokurorluq və polis əməkdaşları tərəfindən  baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Aparılan araşdırmalarla zərərçəkmişin əri Cavid Ağayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Yazbahar Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Cavid Ağayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Emin Vaqifoğlu, spacetv.az

Paylaş

 Xəbəriniz olsun