Ər-arvad yanaraq ölüb

  • Space TV
  • 29 Noyabr 2019 16:54

Ağcabədidə baş verən yol qəzasında ər-arvad yanaraq ölüb.
Rayonun Avşar kəndi ərazisində qeydə alınan hadisə zamanı iki minik avtomobil toqquşub. Nəticədə avtomobillərin birində iki nəfər yanaraq ölüb. Qəza nəticəsində “VAZ-21099”un sürücüsü, Ağcabədi rayon Pəroğullar kənd sakini, 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və onun həyat yoldaşı, 71 yaşlı Dədəkişiyeva Güllü Fərrux qızı​ yanaraq ölüb.​ Qəza nəticəsində “VAZ-2107” markalı, avtomobilin sürücüsü, rayonun Xocavənd qəsəbə sakini Məmmədov Orxan İlham oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun