Ən zəngin kişinin varidatı azaldı, qadınınki isə artdı

  • Space TV
  • 10 Noyabr 2020 16:43

Fond birjalarında ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkətinin səhmlərinin 5% ucuzlaşması onun sahibi və dünyanın ən zəngin insanı olan Cef Bezosun da varidatının təxminən 5% azalaraq 184,4 milyard ABŞ dollarına düşməsi ilə nəticələnib.

Spacetv.az xəbər verir ki, bu barədə “Forbes Real-Time” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, sosial media nəhəngi “Facebook” şirkətinin də səhmlərində 5%-ə qədər ucuzlaşma baş verib. Son nəticədə onun sahibinin də varidatı 5,3 milyard ABŞ dolları azalaraq 102,4 milyard ABŞ dollarına düşüb.

Bundan başqa, “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Maskın varidatı 1,6 milyard ABŞ dolları azalaraq 93,2 milyard ABŞ dolları, C.Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skottun varidatı 3,2 milyard ABŞ dolları azalaraq 59,5 milyard ABŞ dolları, “Zoom” videozəng xidmətinin təsisçisi Erik Yuanın varidatı isə 3,8 milyard ABŞ dolları azalaraq 18,2 milyard ABŞ dolları olub.

Bununla yanaşı, “Louis Vuitton”un sahibi Bernar Arnonun varidatı 9,3 milyard ABŞ dolları artaraq 134,1 milyard ABŞ dollarına, “Microsoft”un təsisçilərindən olan Bill Qeytsin varidatı 940 milyon ABŞ dolları artaraq 119,1 milyard ABŞ dollarına, “Zara” geyim satışı şəbəkəsinin sahibi Amansio Orteqanın varidatı 10,9% artaraq 73 milyard ABŞ dollarına, “L’Oreal” şəbəkəsinin varisi olan dünyanın ən zəngi xanımı Fransuaza Betankur-Mayersin varidatı 3,1 milyard ABŞ dolları artaraq 72,7 milyard ABŞ dollarına, sərmayədar Uoren Bafetin varidatı isə 4,2 milyard ABŞ dolları artaraq 83,2 milyard ABŞ dollarına çatıb.

Paylaş

 Xəbəriniz olsun