Ən yüksək nəticə göstərənlər

  • SpaceTV
  • 31 Avqust 2019 14:07

Onlar gələcəyin həkimi, hüquqşünası, hakimi və polisi olacaqlar. Elə seçdikləri ixtisas kimi qəbul olduqları univeristetə də yüksək balla daxil olublar.

Yeganə Abbaszadə 675 balla Bakı Ali Neft məktəbinə,Ləman Rüstəmli 624 balla Tibb Univeristetinə , Nicat İsmayılzadə isə 674 balla BDU-ə qəbul olublar.Bu il Abşeron rayonunun məktəblərindən ümumilikdə 12 mindən  artıq şagird tələbə adını qazanıb.

Bundan başqa Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı tam orta məktəb və Saray qəsəbə 1 nömrəli məktəbin 2 sinfinin  bütün şagirdləri yüksək balla ali məktəbə qəbul olublar. Sinif rəhbəri olduğu şagirdlərinin hamısı tələbə adını qazanan ingilis dili müəllimi Arzu Qurbanova deyir ki, yüksək nəticə göstərmək hazırlıqla yanaşı şagirdin oxuduğu məktəbdəki nəticələrindən də asılıdır.

Abşeron rayon ümumtəhsil məktəbləri üzrə 2018-2019-cu dərs  ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib. Görüşdə Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, məktəb direktorları və valideynlər iştirak edib. Bildirilib ki, 2018-2019-cu dərs ilinin nəticələrinə əsasən rayonun ümumtəhsil məktəbləri üzrə 183 nəfər məzun 500-600 arası bal, 61 məzunumuz isə 600-dən yuxarı bal toplayıb. Eyni zamanda 2 şagird ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl medalla təltif olunub.

Sonda  fəaliyyətində fərqlənən təhsil işçilərinə Fəxri Fərmanlar və eləcə də tələbə adını qazanan məzunlara qiymətli hədiyyələr təqdim olunub.   

Qeyd edək ki, bu  il Abşeron rayonunun məktəblərindən ümumilikdə 12 mindən  artıq şagird tələbə adını qazanıb

Paylaş

 Xəbəriniz olsun