Ən qədim nümunə

  • Space TV
  • 21 Noyabr 2019 13:02

Tovuzun Aşağı Quşçu kəndi ərazisində  yerləşən “Göytəpə” yaşayış məntəqəsində  qazıntı işləri zamanı bir çox dəyərli maddi mədəniyyət nümunələri aşkarlanıb. 

Narahatedici məqam bu illər ərzində qazıntı  aparılan ərazinin eroziyaya uğramasıdır.  Necə deyərlər, illər isə öz sözünü deyir. Yağan leysan yağışları, qar, şaxta külək təbii abidəni aşınmaya  məruz qoyur . Təbii ki abidə ərazisində mütamadi olaraq təmizlik işləri həyata keçirilir. Amma bu çıxış yolu deyil..

Abidələr olan əraziyə mütamadi olaraq həm Tovuzun həm də ətraf rayonların da məktəblilərin və tələbələrinin ziyarəti təşkil edilir. Elə buna görə də abidə ərazisində arxeoloji parkın salınması günün aktual  məsələsidir.

Artıq  arxeoloji parkın salinması ilə əlaqədar xarici mütəxəssislərlə birgə layihə hazırlanıb və təqdimatı da keçirilib. Yaxın günlərdə isə işlərə başlanacağı bildirilir. Bunuda  Elmlər akademiyasının əməkdaşı bildirdi 

Parkda arxeoloqların qazıntı apardığı sahənin üzərində qoruyucu örtük  quraşdırılacaq,  abidənin təbliği məqsədilə  o dövrün  kənd tipli yaşayış yerinin həyat tərzini əks etdirən neolit kəndi salınacaq. Həmçinin kiçik muzeyin açılması nəzərdə tutulub  ki burada orjinal materiallar əks olunacaq. Park layihəsində məktəblilərə arxeologiya elminin sirlərini aşılamaq üçün tədris ocağının inşası da nəzərdə tutulub.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun