Ən qədim insan məskəni

  • SpaceTV
  • 13 Avqust 2019 14:10

Beynəlxalq tədqiqatçılar qrupu Efiopiyada 4 min metr hündürlüyə malik dağlarda ən qədim insan məskəninin izlərini aşkar edib. Space.TV– yazır ki, məlumatı “Science Alert” nəşri yayıb.

Qeyd edək ki, Efiopiya ən qədim insan məskənlərindən biridir. 

Daha əvvəl hesab edilirdi ki, belə məskənlər çox sonralar yaranıb. Çünki mühit şəraiti, həmçinin seyrək hava həmin vaxtlarda daimi məskunlaşanlar üçün əlverişli deyildi. Nəşr bildirib ki, arxeoloqlar Efiopiyanın cənub hissəsində Finça-Xaberanın qayalıq sığınacağını tədqiq ediblər. Alimlərin məlumatına görə, tapıntının yaşı 45 min il qiymətləndirilir. Xüsusi halda, tədqiqatçılar daş artefaktlarını və keramika fraqmentlərini tapıblar. Qazıntılar zamanı habelə qədim gəmiricilərin sümükləri, dəvəquşu yumurtasının qalıqları, həmçinin muncuqlar və qədim insanların tullantıları da aşkarlanıb.

Paylaş

 Xəbəriniz olsun