Ən çirkin xüsusi effektləri və kompüter qrafikası olan filmlər açıqlandı

  • Space TV
  • 27 Yanvar 2021 10:13

“The Independent” nəşri ən çirkin xüsusi effektləri və kompüter qrafikası olan filmlərin siyahısını hazırlayıb.

Siyahıya “Harri Potter və Fəlsəfə Daşı”(2001) və “Matrisa: Yenidən yüklənmə” (2003) kimi məşhur filmlər də daxil edilib.

Bildirilir ki, “Matrisa”nın üçüncü hissəsində Neonun (Keanu Rivz) yüzlərlə Smit agentləri (Hyugo Uiving) arasındakı döyüş səhnəsi çox qeyri-real alınıb.

Harri Potter kainatından ilk film isə kompyuter qrafiki ilə yaradılan keyfiyyətsiz troll səbəbiylə anti-reytinqə daxil edilib.

Siyahıda bu filmlərdən əlavə “Ulduz Müharibələri: Epizod 2 – Klonların Hücumu”, “Ulduz Müharibələri: Epizod 4 – Yeni Ümid”, “Ədalət Liqası”, “Halk”, “Mumiya Qayıdır”, “Yaşıl Fənər”, “Fantastik dördlük”, “X-Adamlar: Başlanğıc. Rosomaxa”, “Pişiklər”, “King Kong” filmləri və 2019-cu ildə çıxan“ Ələddin” cizgi filminin remeyki də yer alıb.

Paylaş

 Xəbəriniz olsun