Əmisinin evində narkotik yetişdirən şəxs saxlanıldı

  • SpaceTV
  • 19 Sentyabr 2020 12:33

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Spacetv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, sentyabr ayının 16-da  Samux  RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Taryel Bayramov əmisinə məxsus rayonun Nəbiağalı kəndində yerləşən fərdi yaşayış evində narkotik xassəli çətənə – kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Polis əməkdaşları tərəfindən həyətyanı sahədən 14 ədəd ümumi çəkisi 95 kiloqram 900 qram olan narkotik xassəli çətənə kolu və 1 kiloqram 250 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun