Əmir Ağayev də toplanışa qatıla bilməyəcək

  • Space TV
  • 28 Avqust 2020 14:40

Yunanıstanın “Atromitos” klubunda çıxış edən Əmir Ağayevin Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək. 

Spacetv.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, assosiasiya oyunçunun milliləşdirilməsi ilə bağlı FIFA-ya müraciət edib və hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir. 

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizin hazırda davam edən təlim-məşq toplanışında iştirak etməyəcək.

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Paylaş

 Xəbəriniz olsun