Əmanətlər qaytarılır – VİDEO

  • SpaceTV
  • 13 Avqust 2020 14:29

1300-dən çox vətəndaşı sevindirəcək qərar nəhayət ki, verildi. Konstitusiya Məhkəməsi ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”-da vətəndaşlara məxsus bloklanan əmanətlərin geri ödənilməsi barədə qərar qəbul edib. Həmçinin “Atabank”da səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərin də geri ödənilməsi qərarda öz əksini tapıb. Beləliklə, təqribən 62 milyon manat vəsait yenidən vətəndaşlara qaytarılacaq.

Əmanətlər vətəndaşların hesablarına birdəfəlik ödəmə formasında köçürüləcək. Prosesi Əmanətlərin Sığortalanması Fondu həyata keçirəcək. Əmanətlərin qaytarılmasına avqustun 14-dən başlanılacaq.

Cəfər Talıb, Samir Göylərli, Space TV

Paylaş

 Xəbəriniz olsun