Əməliyyat keçirildi İran vətəndaşı saxlanıldı

  • Space TV
  • 30 Yanvar 2020 17:05

Əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşı Dilehban Mohammad Jaberi müvəqqəti yaşadığı Masallı rayonu Şıxlar kəndindəki evdə tutulub. Evə baxış zamanı 2 ədəd polietilen torbada ümumi çəkisi 174,977 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. İran vətəndaşı ifadəsində aşkar edilən narkotik vasitənin bir qisminin ev sahibi Masallı rayon sakinin Rasim Hüseynova məxsus olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq ev sahibi Masallı rayon sakini Rasim Hüseynov da tutulatraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, Dilehban Jaberi və Rasim Hüseynova şəxsiyyəti istintaqa məlum olmayan“Müslüm” adlı İran vətəndaşı Azərbaycanda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərib. Əməliyyat tədbirlərinin davamı olaraq Dilehban Jaberinin əldə etdiyi və Ələt-Astara magistralının kənarında gizlətdiyi  3 büküm ümümi çəkisi 5 kiloqram olan heroin və 1 büküm ümumi çəkisi 380 qram olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun