Əməkdar artistə vəzifə verildi – AZTV-də

  • Space TV
  • 4 Fevral 2020 11:37

Əməkdar artist Zaur Əmiraslanova vəzifə verilib.

SPACE TV xəbər verir ki, o, Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Səsyazma Studiyasının rəhbəri təyin edilib.

Sənətçi bu vəzifəyə AzTV-nin rəhbəri Rövşən Məmmədovun müvafiq əmri ilə təyin olunub.

Z.Əmiraslanov artıq ötən gün yeni rəhbər kimi kollektivə təqdim edilib.

Paylaş

 Xəbəriniz olsun