Əmək Qanunvericiliyini pozan istehsalat sahələri

  • SpaceTV
  • 8 İyul 2020 17:47

Əmək qanunvericiliyinə uyğun olaraq  işçilərin təhlükəszliyini təmin etmək məqsədi ilə  havanın temperaturu müsbət 41 dərəcədən çox olan, isti və açıq şəraitli yerlərdə işləməsinə icazə verilmir. Ancaq əksər  şirkətlər  işçilərinin hüquqlarını pozaraq qaydalara əməl etmirlər. Daha çoxda bu qaydalara bəzi tikinti şirkətləri riayət etmirlər.

Çəkliş apardığımız müddətdə havanın tepmeraturu günəş altında  41 dərəcəyə yaxın olmasına baxmayaraq Nizami rayonu Qara-Qarayev prospekti boyunca əksər tikinti obyektlərində işçilərin açıq havada  işləməsini müşahidə elədik.

İsti havada işçilərin istismar edilməsi bir yana hətta bu obyektdə bəzi işçilər qoruyucu dəbilqələrdən belə istifadə etmirlər. Səbəbini obyektin adını bizə təqdim etmədiyi səlahiyyətli nümayəndələrindən birinə ünvanladıq.

Bu sahəyə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirildi ki, 2020-cu ildə günvurma ilə bağlı hələlik  müfəttişliyə  məlumat daxil olmayıb. Ancaq statiska göstərir ki, bu kimi qaydaları  əksər hallarda tikinti şirkətlərinin rəhbərləri tərəfindən pozduğu müəyyən edilir.

Hidremetroloqlarda belə hava şəraitində günəş altında çox qalmasının insan həyatı üçün təhlükəli olduğunu deyirlər

Məlumat üçün bildirək ki, işəgötürənlər tərəfindən işçilərin sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi, halları  aşkar  edildikdə, bu qaydaları pozanlar  üçün 7 yüz manatdan min 5 yüz manata kimi  cərimə nəzərdə tutulub.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun