“Əmək pensiyaları haqqında” qanun

  • SpaceTV
  • 15 Avqust 2019 11:10

Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Space.TV- Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığorta olunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.  

Paylaş

 Xəbəriniz olsun