Əmək kitabçalarına ehtiyac qalmayacaq – RƏSMİ

  • Space TV
  • 29 Yanvar 2021 13:48

“Ölkəmizdə mərhələli şəkildə əmək kitabçaları dövriyyədən çıxarılacaq”.

Spacetv.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid – 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransda bildirib.

O qeyd edib ki, 2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başlanılıb:

“Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, məşğulluq siyasətinin və kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına zəmin yaradacaq”.  

O qeyd edib ki, ezamiyyə vərəqələri, kağız üzərində əmrlər, ştat cədvəlləri, digər kağız daşıyıcıları ləğv edilərək, elektron müstəviyə keçirilməsi planlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun