Əlilliyi olanlar üçün yeni layihəyə başlanılır

  • Space TV
  • 24 Avqust 2020 11:42

Tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə yeni “Bərabərik” adlı layihəsinə başlanacaq.

Nazirlikdən Spacetv.az-a verilən məlumata görə, layihə “MTV Azərbaycan”da istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişləri əhatə edir.

Məqsəd əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.

Əlillik onların istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilməyib, əksinə, onları daha da ilhamlandıraraq, bu layihənin ərsəyə gəlməsinə kömək edib.

Paylaş

 Xəbəriniz olsun