Əlilliyi olan 155 şəxsə reabilitasiya vasitələri verilib

  • Space TV
  • 31 Avqust 2020 15:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz  rayonlarında davam etdirib. 

Nazirlikdən Spacetv.az-a verilən məlumata görə, həmin yeddi rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib. 

Bir sıra əlilliyi olan şəxslərin isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.

Paylaş

 Xəbəriniz olsun