Əlillərə xidmət üçün yeni qaydalar

  • SpaceTV
  • 14 Sentyabr 2019 11:40

Fiziki məhdudiyyətli insanlar çox vaxt hansısa idarəyə, müəssisəyə üz tutarkən və yaxud da hündürmərtəbəli binalardan mənzil alarkən bu kimi çətinliklərlə qarşılaşırlar. Bu kateqoriyadan olan insanların indiyədək hündürmərtəbəli  binalara giriş- çıxışı müvafiq qaydada tənzimlənmədiyi üçün elə Nazirlər kabinetinin yeni qərarı bu problemlərin həllinə  hesablanmış bir yenilik olacaq.

Qaydaya  əsasən, əlilliyin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, əlilliyi olan şəxslərin yaşayış binalarından, o cümlədən pilləkənlərdən, pilləkən qəfəslərindən, çıxış və girişlərdən, dəhlizlərdən, açıq keçidlərdən, rampalardan, liftlərdən, mənzillərin giriş qapılarından rahat və təhlükəsiz istifadə edə bilməsi nəzərə alınmalıdır.

Tikinti üzrə ekspert Azər məmmədov deyir ki, elə yeni qaydalarda da yaşayış binalarının və infrastruktur obyektlərinin, o cümlədən yol-nəqliyyat, rabitə, mədəniyyət, məişət və digər sosial obyektlərin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmasına dair tələblər layihələndirilmə zamanı nəzərə alınmalıdır.

Məlumat üçün bildirək ki, monitorinq zamanı müvafiq infrastruktur obyektlərinin və yaşayış binalarının əlillərin istifadəsi üçün uyğunlaşdırılması məqsədilə həmin obyektlərə baxış keçirilərək. Obyektlərin mövcud vəziyyəti qiymətləndiriləcək. Əlilliyi olan şəxslərin tələbatını ödəməyən obyektlərin və binaların siyahısı və tələb olunduğu hallarda həmin məkanlarda yenidənqurma işlərinin aparılması ilə bağlı təkliflər hazırlanacaq.

Rəşad Vəkiloğlu -Space

Paylaş

 Xəbəriniz olsun