Əlil şəxslər üçün 5%-ə dək kvota

  • Space TV
  • 24 Oktyabr 2019 15:19

Yeni açılacaq Dost mərkəzlərində işçilərin 70 %-i gənclərdən ibarət olacaq.  Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərlərinin dost mərkəzi ilə tanışlığı zamanı  bildirdi. Sahil Babayev universitetlərlə əlaqə qurulduğunu və onların DOST mərkəzində təcrübə keçdiklərini bildirdi. Beləliklə ölkə üzrə fəaliyyət göstərəcək 31 DOST mərkəzində orta hesabla 4000 işçi olacaq. Bununla da nazirliyin yükü azalacaq.

Nazir daha sonra Mərkəzdə fəaliyyət göstərən tibbi sosial ekspertiza komissiyasında da oldu. Nazir bildridi ki, gələn ildən iş yerlərində 5%-ədək kvota əlil şəxslər üçün nəzərdə tutulacaq.

Qeyd edək ki,may ayından bu günə kimi 600-ə yaxın əlilə xidmət göstərilib.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun