Əliağa Şıxlinskinin məzarı üstündə büstü qoyulacaq

  • Space TV
  • 20 Avqust 2020 13:33

Azərbaycan generalı Əliağa Şıxlinskinin büstü qoyulacaq.

Spacetv.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva məlumat yayıb.

Deputat qeyd edib ki, Əliağa Şıxlinskinin varislərinin xahişi əsasında, generalın Yasamal qəbirstanlığında yerləşən məzarının və ətrafının abadlaşdırılmasına, məzar üzərində büstün qoyulmasına köməklik göstərilməsi barədə əlaqədar qurumlara rəsmi məktubla müraciət edilib:

“Azərbaycan Əlahiddə Korpusunun yaradılmasında, Hərbiyyə Nazirliyinin və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun təşəkkülü və formalaşmasında fədakarcasına çalışan, ömrünün sonunadək vətəninə sədaqətlə xidmət edən görkəmli şəxsiyyətin xatirəsini əziz tutmaqla bağlı müraciətimiz öz müsbət həllini tapıb”.

Paylaş

 Xəbəriniz olsun