Əli Həsənov: “Hər ay pensiyamdan 200 manat pul köçürməyə hazıram”

  • Space TV
  • 27 Dekabr 2019 15:34

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın tərkibində xüsusi fond yaradıla bilər.

SPACE TV-in xəbərinə görə, bunu Baş nazirin sabiq müavini Əli Həsənov “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması”nın 1 illik fəaliyyətinin yekunları ilə bağlı hesabat tədbirində deyib.

O, iclasda icmanın aktiv fəaliyyət göstərdiyini qeyd edib.

Ə.Həsənov icmanın işlərinin daha da genişləndirmək üçün icmanın təkbində fond yaradılmasını təklif edib: “Şəxsən mən özüm hər ay pensiyamdan bu fonda 200 manat pul köçürməyə hazıram. Həmçinin, imkanlı şəxslər də bu fonda vəsait ayırmalı, yardım etməlidirlər. Bu, ümummili işdir. İcma beynəlxalq təşkilatlarda konfranslara getmək üçün başqa yerdən vəsait axtarmamalıdır, özlərinin vəsaitləri olmalıdır”.

Paylaş

 Xəbəriniz olsun