Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu

  • Space TV
  • 14 Avqust 2020 11:58

“Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri vəzifəsinə təyin edib”.

Spacetv.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov deyib.

Onun sözlərinə görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə əməkdar mühəndis Vasif Abbasov təyin olunub.

Paylaş

 Xəbəriniz olsun