Əli Əsədovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu

  • SpaceTV
  • 26 Fevral 2020 12:03

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycana səfəri vaxtı maraqlı hadisə yaşanıb.

SPACE TV xəbər verir ki, Azərbaycan və Türkiyə rəsmiləri prezidentlərlə görüşərkən Baş nazir Əli Əsədovun Ərdoğanın əlini nisbətən bərk sıxaraq silkələməsi gözlərdən qaçmayıb.

Türkiyə prezidenti isə bu vaxt təəccübünü gizlədə bilməyib və təbəssüm edərək prezident İlham Əliyevin qulağına bəzi sözlər pıçıldayıb.

İlham Əliyev isə Ərdoğana gülərək qarşılıq verib.

Paylaş

 Xəbəriniz olsun