Əli Əsədov TANAP-ın ofisində oldu – FOTO

  • Space TV
  • 19 Fevral 2021 16:09

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri- TANAP-ın Ankaradakı ofisində olub. 

Spacetv.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqda təqdimatla çıxış edib.

Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun