Əli Əsədov Gürcüstanın baş nazirini təbrik etdi

  • Space TV
  • 24 Fevral 2021 12:11

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.

Məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Həmçinin təbrik məktubunda Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.

Paylaş

 Xəbəriniz olsun