Əli Əsədov Gürcüstanın baş nazirinə məktub ünvanladı

  • Space TV
  • 2 Noyabr 2020 15:29

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Spacetv.az xəbər verir ki, Baş nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.

Paylaş

 Xəbəriniz olsun