Əli Əhmədov: “Xocalı soyqırımı vasitəsi ilə bütün dünyaya erməni faşistlərinin əsl üzünü göstərəcəyik”

  • Space TV
  • 26 Fevral 2021 12:56

Bu il 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarını dərin ehtiramla yad edir.

Spacetv.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Xocalı faciəsində şəhid olan soydaşlarımızın qanı yerdə qalmadı:

“Bütün Azərbaycan torpaqları uğrunda şəhid olan vətəndaşlarımızın qisası alındı. Həm Qarabağ işğaldan azad olundu, həm də erməni faşistlərinə layiqli dərs verildi. 

Eyni zamanda bütün dünya Xocalı qətliamı ilə erməni faşistlərinin həqiqi üzünü gördü. Xocalı bizim qan yaddaşımızdır. Biz bütün dünyaya Xocalı soyqırımı ilə erməni faşistlərinin əsl üzünü göstərəcəyik. Biz Xocalı faciəsini heç vaxt unutmayacağıq. Bu bizim qarşımızda duran əsas məsələlərdən biridir”.

Paylaş

 Xəbəriniz olsun