Əlbəyaxa dava qanla bitdi

  • SpaceTV
  • 3 Oktyabr 2019 12:39

Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Hüseynov Fərid Fərhad oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava edib.

Nəticədə, F.Hüseynov bıçaqlanıb.

Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun