Əlavə dəyər vergisini geri almaq mümkün olacaq

  • Space TV
  • 9 May 2020 16:19

Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təstiq edən sənədin  FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq. Bundan sonra əməliyyatları həyata keçirə bilərsiz. Müştəriyə geri qaytarılacaq məğləb nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15%-i, nağd əməliyyatlar üzrə isə  10%-i həcmində olacaq.

Sizə geri qaytarılacaq  pulu asan yolla hesablamaq üçün portalda kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsilə alacağınız pulun həcmini müəyyənləşdirə bilərsiz. Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank 10 gün müddətində istehlakçının  bank hesabına qaytarılmalı ƏDV məbləğini  milli valyutada bank hesabına köçürülmə yolu ilə qaytarır. Qeyd edək ki, çekləri  Birkartla da oxutmaq mümkündür.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun