Əl işləri sərgisi

  • SpaceTV
  • 13 Sentyabr 2019 14:54

Bu gun paytaxtda  2-ci Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  də dəstək göstərdiyi sərgilərdə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

Sərginin açılış mərasimində, KOBİA mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və Agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində dəstək göstərildiyi deyilib.  

Bildirlib ki , KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.Sərgilər sentyabrın 14-dək davam edəcək.

Paylaş

 Xəbəriniz olsun