Ələt və Qobustan qəsəbəsindəki bütün ara yollar nəzarətə götürülüb

  • Space TV
  • 24 İyun 2020 11:30

Rayon  qeydiyyatında olan və  paytaxda yaşayan  bu sürücü sərt karantin tətbiq olunmamışdan bir gün öncə karantin qaydalarını pozaraq Şəmkir rayonuna səfər edib.Bu gün isə paytaxta geri qayıdarkən polis tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb olundu.Cərimə olunması ilə yanaşı sürücü sərt karantin günlərində yaşayış yerini tərk etdiyi üçün postdan geri qaytarıldı

Görüntülər Bakı-Qazax Gürcüstan avtomobil yolunun  65-ci km-də yaradılmış 6 saylı stasianar postdandır.Ölkədə 2 həftəlik karantin rejimi tətbiq olunmasına baxmayaraq bəzi sürücülər və sərnişinlər həm özlərinin, həm də  digərlərinin sağlamlığını düşünmədən karantin qaydalarını pozaraq həyatlarını təhlükəyə atırlar.

Artıq karantin günlərində nə paytaxta, nədə regionlara icazəsi olmayan şəxslərin gəlməsi və getməsi mümkün olmayacaq.Çünki sürücülərin istifadə etdiyi bütün alternativ yollar nəzarətə götürülüb.

Baş dövlət yol polis idarəsinin inspektoru Bakir Məmmədov deyir ki, alternativ yollarda polis naryadları xidmətə başlayan müddətdən artıq şəhərə daxil olan avtomobillərin də sayı azalıb

Nəzarət buraxılış postlarında kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələri saxlanılmadığı üçün bəzi sərnişinlər bu maşınlar vasitəsi ilə postları keçməyə cəhd edirlər.

Məlumat üçün bildirək ki, gün ərzində karantin postlarında aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i rayon istiqamətinə olmaqla 466 avtomobil geri qaytarılıb, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər şəxs aşkar edilib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun