Əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb

  • SpaceTV
  • 19 Avqust 2019 11:16

Sumqayıtlı əkiz qardaşlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə ediblər. Space.TV- məlumat verir ki, iki əkiz qardaş Ağamalıyev Məhəmməd 694 balla, Ağamalıyev Əli isə 676 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar.

Məhəmməd və Əli Ağamalıyevlər Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyinin məzunlarıdırlar. Qardaşlar orta təhsillərini fərqlənmə attestatı ilə başa vurblar. Hələ qardaşlardan biri Məhəmməd qəbul imtahanlarının 1-ci mərhələsi olan 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib.

Ağamalıyevlər qardaşları kurikulum sistemi üzrə keçirilən ilk imtahanlarda iştirak edərək, bütün sualları tam düzgün cavab verib, lakin bir sualın cavabını  mexaniki qüsura görə, səhv yazdığından bu, əkizlərin ən yüksək nəticəni əldə etməsinə mane olub.

Paylaş

 Xəbəriniz olsun