Əkincilik Elmi Təhqiqat İnistutunun Ağstafa bölməsi yüksək sentinerli qarğıdalı növünü təcrübədən kecirir.

  • SpaceTV
  • 30 İyun 2020 15:27

Məqsəd  cirlaşmış  yerli  qarğıdalının   heyvandarlıqda   yem bazasının keyfiyyətini  dahada  artırmaqdır. 54  hektar əkinə yararlı  torpağı olan təcrübə  dayaq məntəqəsinin   46  hektarında   yem bitgilərinin toxumları yetişdirilir. Təcrübə rəhbəri  bildirdi ki  əsas məqsəd yem bitgilərinin genafondunun  qorunması ilə yüksək repreduksiyalı  yeni  elit və   super  elit  toxumların alınmasıdır .

Ağstafa yardımcı  təcrübə  təsərüfatında  demək olar ki   nəinki  qarğıdalı  hətta    35 yem bitgisinin  169  növündən istifadə etməklə yeni     yem  məhsulunun   becərilməsi  təcrübəsi  həyata kecirilir. Aparılan  seleksiya  nəticəsində keyfiyyətli   yem növləri   əldə olunub .

Təkcə onu  qeyd etmək olar ki   ölkəmizdə  inistutun yaratdığı  cox sayda  yem  və   dənli  bitgilər mövcuddur. Hətta  bu nlardan bəziləri  xarici  ölkələrdə   Ağstafa 1 ,  Ağstafa 2  və  Yaz cicəyi  sortlarıda  yeni  yem bazasında  əldə olunan və  əkincilikdə öndə  gedən  bitgi  növ  sayılır .Əldə olunan yeni  sortlardan bəziləri   ölkəmizdən kənarda  məhsuldarlığına  görə   mükafata  layiq  görülüb . Ağstafa Yardımçı  Təcrübə Təsrəüfatı  yeni   məhsuldar   sortların əldə olunması  ücün  təcrübələr  aparır .

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun