Əkin sahələri su altında qalıb

  • Space TV
  • 24 Avqust 2020 14:39

Goranboyda gecə yarısı başlayan yağış səhər saatlarında güclü selə səbəb olub. Spacetv.az-ın məlumatına görə, təbiət hadisəsi zamanı rayon ərazisində əkin sahələri su altında qalıb, elektirk enerjisinin verlişində fasilələr yaranıb. Təbiət hadisəsi zamanı Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisində yerləşən körpünün ətrafı sel suları ilə dolub. Avtomobillərin hərəkətində çətinlik yaranıb. Rayonun Goran qəsəbəsi ərazisidən də güclü sel suları axıb. Əsasən əkin sahələrindən keçən lilli su orada heyvandarlıqla məşğul olan sakinlərin gediş-gəlişində çətinlik yaradıb. Güclü yağış nəticəsində yaranan sel Goranboy Balakürd kəndində daha böyük fəsadlara yol açıb. Bir neçə sakinin yonca, pambıq sahələri lil qatının altında qalıb.

Təbiət hadisəsi zamanı Goran-Naftalan yolunun Balakürd kəndindən keçən hissəsində sel suları avtomobillərin hərəkətində çətinlik yaradıb. Adiyyatı qurumlar yolda təmizlik işləri aparıb. Gecə saatlarında başlayan yağış nəticəsində Goranboyun Boluslu və bir neçə kəndində elektrik enerjisinin verilişi də dayanıb.

Emin Babayev, Şamo Adıgözəlov, Goranboy

Paylaş

 Xəbəriniz olsun