Əhaliyə XƏBƏRDARLIQ – Bu tarixdə küçəyə çıxmayın!

  • Space TV
  • 19 İyun 2020 10:14

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən SPACE TV -a bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun