Əhaliyə maska paylanılır

  • SpaceTV
  • 18 May 2020 16:55

Aksiya zamanı minlərlə rayon sakininə pulsuz tibbi maskalar, əlcəklər və tibbi spirt qabları paylanılıb. Aksiya Yasamal rayon İcra Hakimiyyəti nəzdində Operativ qərargahın qərarına uyğun olaraq keçirilib. Aksiyada rayon icra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, həmçinin 50-dən çox könüllü iştirak edib.

Metro stansiyalarının ətrafında və əhalinin gur toplandığı digər ictimai məkanlarda keçirilən aksiyda maarifləndirmə reydləri keçirərək vətəndaşlara tibbi maskalar payladı, xəstəliyə yoluxmamaq üçün lazımı tədbirlərin görülməsi yolları izah edildi

Qeyd edək ki, nazirlər Kabinetinin müvafiq qrarı ilə bütün təbliğat vasitələrindən istifadə olunmaqla gündəlik olaraq həyət və məhəllələrdə, küçələrdə, dayanacaqlarda, əhalinin kütləvi toplanma yerlərində maarifləndirmə işləri aparılır, qoruyucu maska və əlcəklərdən istifadə etmələri, şəxsi gigiyena qaydalarına əməl etmələri, küçədə və ictimai nəqliyyatda ara məsafəsi saxlamaları ilə  bağlı izahat verilir.

BŞİH-verilən məlumata görə paytaxt ərazisində bu kimi bu kimi aksiyalar hər gün keçiriləcək

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun